GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim rəsmən bu il ölkədə inflyasiyanın ötən ilin analoji ayı ilə müqayisədə 41,6%-ə çatdığına etiraf etdi. Rejimin Statistika Mərkəzi bu barədə hesabat yayıb.
Hesabata əsasən, İranda ailələr bir sıra məhsullar və xidmətlərə orta hesabla 41,6% daha çox vəsait xərcləyiblər.
İnflyasiya indeksi 4-cü ayla müqayisədə 5-ci ayda 6,4% azalıb.
5-ci ayda yeməklər, içkilər və tütün məmulatları qrupunda qiymət indeksi 56,6%, qeyri-ərzaq və xidmətlər sahəsindəki məhsullar 35,2% olub.