GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim neft tankerləri böhranı ilə bağlı İngiltərə ilə danışığa getdi.
Rejimin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ingiltərəli həmkarı Ceremi Hant ilə aralarında baş tutan telefon danışığı zamanı Bəsrə körfəzindəki gərginliyi və Cəbəllütariqdə ələ keçirilən İran neft tankerini müzakirə edib.
“İngiltərə hökuməti İran neft tankerinin qeyri-qanuni şəkildə saxlanılmasına son verilməsi üçün indiyə qədər lazımi addımları atmalı idi”, – deyə Zərif söyləyib.
Qeyd edək ki, irqçi fars rejimin “Grace 1” neft tankeri Cəbəllütariqdə ABŞ-ın tələbi ilə Böyük Britaniya tərəfindən saxlanılıb.