Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejim işğalçı Ermənistana milli valyutaları ilə ticarət təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti Həsən Ruhani işğalçı Ermənistana qarşılıqlı ticarətdə milli valyutalara keçirməyi təklif edib.

Bu barədə Ermənistan mediası informasiya yayıb.

Xəbərə görə, Ruhani milli valyutalara keçidin iki ölkə arasında ticarət həcminin artmasına səbəb olacağını deyib. Tehran siyasi və iqtisadi sahələrdə İrəvanla münasibətləri inkişaf etdirmək və dərinləşdirməyə hazırdır.

Qeyd edək ki, bu ilin iyun ayında İran parlamenti Avrasiya İqtisadi Birliyi (EAEU) ilə sərbəst ticarət zonası (ETA) ilə bağlı müvəqqəti razılığa imza atıb. Bu razılaşma İran və ittifaq ölkələri arasında əməkdaşlığı genişləndirmək üçün yaxşı bir imkan yaradır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın