İrqçi fars rejim kino sahəsinin də Güney Azərbaycanda geri qalmasına səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı müstəmləkə edən irqçi fars rejim, digər sahələr kimi Güney Azərbaycanda kino və film sahəsinin geri saxlanılmasına səbəb olub.

Sentyabrın 12-də İranda kino günü kimi qeyd edilib. Həmin gün münasibətilə Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiya şəhərində tədbir keçirilib.

Qərbi Azərbaycan vilayətinin Mədəniyyət və İslam İrşad idarəsinin baş direktoru Nasir Xudayari deyib ki, ölkədəki kino oturacaqlarının standartı hər 100 nəfər üçün birdir, təəssüf ki, vilayətimizdə hər min nəfər üçün birdir.

O, həmçinin bildirib ki, hazırda vilayətdə 23 qeyri-aktiv, yarı-aktiv və aktiv kinoteatrvar. Təəssüf ki, son illər vilayətin kino sənəti inkişaf etmək əvəzinə tənəzzül edir. Təəssüf ki, mövcud kinoteatrları canlandırmaq üçün heç bir cəhd göstərilmir.

Qərbi Azərbaycanda kino və televiziya direktoru Baqir Piran isə həmin tədbirdə çıxış edərək, vilayətdə film çəkmə sahəsində peşəkar və bacarıqlı şəxslərə dəstək verməyin zərurətini vurğulayıb, onların ölkənin mərkəzi Tehrana köçməsinin qarşısının alınmalı olduğunu qeyd edib.

O bildirib ki, Qərbi Azərbaycanın zəngin film çəkmə tarixinə baxmayaraq, təəssüf ki, bu sahədə bir universiteti yoxdur: “Hal hazırda 70 tələbə ilə yalnız bir konservatoriya vardır.”

Mehdian Qərbi Azərbaycan Gənc Kino Dərnəyinin sədri həmin tədbirin digər məruzəçisi ilin əvvəlindən bəri vilayət filmlərinin dörd yerli və xarici festivalda mükafat qazandığını bildirərək, kinorejissorların problemlərinə də toxunub: “Təəssüf ki, vilayətdə olan film çəkilişinin bütün avadanlıqları köhnədir və yeni film çəkmə avadanlığı ilə təchiz olunması üçün maliyyə təmin olunmasına ehtiyac vardır.”

Vilayətdə keçirilən son Kino Festivalından 23 il keçir.

Son zamanlarda Urmu gölü haqda qısametrajlı “Muzey” filmi Amerikanın Queen Palm festivalında bürünc medal qazanmışdır.

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …

Bir cavab yazın