Ərdəbildə azərbaycanlı siyasi məhbuslara azalıq tələbi aksiyası-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar və əhali azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə çox sayda poster çap edərək paylayıb və ya divarlara yapışdırıblar.

İrqçi fars rejim tərəfindən həbs edilmiş azərbaycanlı milli-mədəni fəalın şəklinin əks olunduğu posterlərdə yazılıb: “Siyasi məhbuslar və mədəni mübarizlərin səsi olaq”.

Qeyd edək ki, son aylarda Güney Azərbaycan şəhərlərində şərləmə və oxşar saxta ittihamlarla onlarla azərbaycanlı mədəni fəal saxlanılıb və həbs cəzasına məhkum edilib. Bundan əlavə, yüzlərlə fəal təhlükəsizlik orqanlarına çağırılaraq sorğu-suala tutularaq təhdid ediliblər.

Həmçinin Azərbaycan türklərinin demokratik və mədəni hüquqları zəminində fəaliyyət göstərən bir neçə mətbuat orqanının fəaliyyəti məhkəmə və təhlükəsizlik orqanları tərəfindən dayandırılıb.

Ümumiyyətlə Azərbaycan türk millətinə qarşı zülm və ayrıseçkilik son dərəcə artıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın