Şənbə , Mart 14 2026
azfa

İrqçi fars rejim konfransa görə Polşaya etira edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Polşanın İrandakı müvəqqəti işlər vəkili rejimin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu məlumat rejimin XİN-in rəsmi saytında yer alıb. Ona fevralın 13-ü və 14-də Varşavada baş tutacaq Yaxın Şərq sammitiylə bağlı etiraz təqdim edilib.

Rəsmi Tehran həmçinin baş tutacaq konfransın ABŞ tərəfindən İrana qarşı düşmən xarakterli addım kimi dəyərləndirdiyini və Polşanın bu konfransın keçirilməsi məsələsində ABŞ-la olan əməkdaşlığını dayandırması gərəkdiyini bildirib. Bundan sonra Polşanın müvəqqəti işlər vəkili bu sammitin İrana qarşı yönəlmədiyini bəyan edib. XİN-dən isə ona bu cavabın yetərli olmadığını, Polşanın bu iş üçün təcili tədbirlər görməsi gərəkdiyini, əks təqdirdə Tehranın cavab addımları atacağını söyləyib.

Qeyd edək ki, Yaxın Şərq sammiti ABŞ-ın təşəbbüsüylə baş tutacaq.

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın