İrqçi fars rejim Muxtar İbrahimini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahimini (Artan) Marağa şəhərində yerləşən İnqilab Məhkəməsinə çağrıb.

Məhkəmə tərəfindən elektron sistemi vasitəsi ilə göndərilən bildirişdə, Muxtar İbrahiminin 2021-ci il fevralın 16-da rejimin Marağada yerləşən İnqilab Məhkəməsində olması istənilib.

Azərbaycanlı milli fəala qarşı “Ölkədə milli təhlükəsizliyi sarsıtmaq üçün təşkilat, cəmiyyət və qrupa üzv olmaq” ittihamı irəli sürülüb.

Qeyd edək ki, irqçi fars rejimin Marağadakı müstəntiqi Əmir Qəffarinin rəhbərliyi ilə Marağa şəhərində rejimin Ümumi və İnqilab Prokurorluğunun birinci istintaq şöbəsi azərbaycanlı fəallar Mirmusa Ziya Gərgəri və Muxtar İbrahimi barədə qərar verərək, fəalların dosyesini prokurorluğa göndərilib.

Qərar yanvar ayının 14-də elektron sistemi vasitəsi ilə Mirmusa Ziya Gərgəri və Muxtar İbrahimiyə bildirilib. Prokrorluğun təsdiqi ilə həmin azərbaycanlı fəallar “siyasi” müttəhim sayılacaq.

Muxtar İbrahimiyə qarşı “Sistemin təhlükəsizliyinə qarşı qrup yaratmaq” və “sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı irəli sürülüb, Mirmusa Ziya Gərgəriyə qarşı isə “Sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı irəli sürülüb.

Muxtar İbrahimi 2020-ci il avqustun 26-da iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Marağanın ETTELAAT təcridxanasına aparılmışdır. O 21 gün dindirildikdən sonra sentyabr ayının 16-da Marağada zindana köçürülmüşdür.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …