Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənilər 3 il ərzində Azərbaycanın tarixi abidələrinə 88 milyard manatdan çox zərər vurub

2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin qiymətləndirilməsi zamanı dəyən zərər 88 milyard manat civarında hesablanıb. Lakin indi aparılacaq qiymətləndirmə zamanı bu məbləğin 88 milyard manatdan daha yüksək olacağı gözlənilir.

Bunu Trend-ə həmin monitorinq zamanı Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü kimi fəaliyyət göstərən, mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, o zamankı hesablamalar qiyabi monitorinq əsasında olub:

 “Lakin indi hər bir abidəyə yerində baxış keçiriləcək. Bütün ərazilərdə layihə-smeta sənədlərinin işlənməsi başa çatdırıldıqdan sonra dəyən ziyanın məbləği daha dəqiq bilinəcək”.

F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb. Amma Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda monitorinqlər qismən aparılıb və hazırda da davam etdirilir.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …