Çərşənbə , Aprel 15 2026
azfa

İrqçi fars rejim nüvə anlaşmasından çıxıb uran istehsalını 4 qat artırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Behrouz Kamalvandi deyib ki, rejim nüvə anlaşmasından çıxıb uran istehsalını 4 qat artırır

Onun sözlərinə görə, uranın zənginləşdirilməsinə önümüzdəki 10 gün içində başlanacaq.

27 “ iyundan etibarən nüvə anlaşması ilə məhdudlaşdırılan uranın zənginləşdirilməsinə başlanacaq və dördqat artırılacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ 2015-ci ildə P5+1 ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında imzalanan nüvə anlaşmasını tək tərəfli ləğv edəndən sonra Vaşinqton və Tehran arasında gərginlik artıb. ABŞ Körfəzə qoşun toplayır, İran isə uranın zənginləşdirilməsinə davam edir. ABŞ dövlət katibi Mayk Pompeo dünən bildirib ki, İranla müharibə variantı üzərində işləyirlər.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın