GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qaşqay türklərinin məşhur yəlmə qalısını oğurlayaraq öz adlarına qeydə aldı.
Rejimin Mədəni İrs Təşkilatı Qaşqay türkləri tərəfindən Brucen və digər qaşqay bölgələrində toxunan yəlmə xalçasını Qaşqay adını çəkmədən İran xalçası kimi qeydə alıb. Bu isə açıqdan açığa mədəni irsin oğurluğu hesab edilir.
Rejim hətta Qaşqay türklərinə məxsus olan yəlmə xalça növünü mənimsəmə istiqamətində təhrif edilmiş məlumatlar yaymaqla yəlmə xalçasının bəxtiyarilərə aid olduğunu da iddia etməkdədir.