Cümə axşamı , Oktyabr 22 2026
azfa

İrqçi fars rejim Tehranda türk dili uğrunda çalışan fəalları Evin zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycan türkcəsi uğrunda çalışan 4 nəfər azərbaycanlı fəalı iyulun 21-də Evin zindanına köçürdü.

Azərbaycanlı fəallar Əlirza Fərşi, Həmid Mənafi Nadarlı və Behnam Şeyxi Tehranda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdılar.

Onlar iyulun 22-də ailələri ilə qısa telefon əlaqəsindı Evin zindanının 4-cü bölməsinin karantin hissəsinə köçürüldüklərini bildiriblər.

Eyni zamanda dil uğrunda çalışan azərbaycanlı tədqiqatçı, tərcüməçi və fəlsəfi sahəsində çalışan Mehdi Səlimi də həmin fəallarla birlikdə zindanın 4-cü bölməsinin karantin hissəsinə köçürülüb.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmin fəallar bir neçə digər türk fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Azərbaycanlı fəal Əlirza Fərşi həmçinin yanvar ayının 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və tərqibən üç ay sonra 400 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın