Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejim yaxaladığı azərbaycanlı milli-mədəni fəal və tərcüməçi Ruzbeh Pirini 6 saat yenidən yaxaladqdan sonra sərbəst buraxılıb.

Təbriz sakini olan Ruzbeh Piri iyulun 22-də səhər saatlarında rejimin məmurları tərəfindən ata evində yaxalanmışdı.

Piri saxlandıqdan sonra Təbrizin İnqilab Məhkəməsinin Hökmləri İcra Edən Şöbəsinə göndərilib. Azərbaycanlı fəal həbs müddətini bitirdiyi və səhvən yenidən yaxalandığı üçün rejim onu sərbət buraxmağa məcbur olub.

Qeyd edək ki, Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşdığı ilə bağlı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdı.

Azərbaycanlı fəal “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək, məhkəmə tərəfindən 91 gün həbsə məhkum edilmişdi.

Fəal iyulun 5-də həbs cəzasını bitdikdən sonra sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın