Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim Xəzərdən sıxışdırılır

GADTB: Xəzər dənizinin hüquqi statusuna dair beş sahilyanı dövlət konvensiya imzalasa da, bir sıra mübahisəli məsələlərin həll olunmamış qaldığı bildirilir.

Ekspertlərin fikrincə, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış konvensiya yekun sənəd deyil. Növbəti sammitin Türkmənistanda keçiriləcəyini, eyni zamanda Xəzərin dibinin, təbii ehtiyatlarının bölgüsünə dair ikitərəfli formatda danışıqların davam edəcəyini nəzərə alsaq, Aktauda qəbul olunmuş sənədi daha çox çərçivə sazişi adlandırmaq olar. Burada müəyyənləşən əsas məsələ ABŞ-ın, NATO-nun və İsrailin Xəzər dənizində hərbi iştirakının qarşısının alınması ilə bağlıdır.

Ona görə də sözügedən razılaşmanın daha çox Rusiyanın və İranın təşəbbüsü ilə irəli sürüldüyünü söyləmək olar. Hətta Xəzərin səthinin, dibinin bölgüsü, nəqliyyat, ekologiya, təbii ehtiyatlardan istifadə, terrorizmə qarşı mübarizə, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələr üzrə əməkdaşlıq barədə sazişlər imzalansa da, xarici ölkələrin hərbi iştirakı məsələsində mübahisə son ana qədər davam edib. Hətta sammitin başlanmasına bir neçə dəqiqə qalmış Qazaxıstanın xarici işlər naziri Kayrat Abdurrahmanov jurnalistlər qarşısına çıxaraq Aktau və Kunık limanlarında ABŞ-ın hərbi bazalarının yerləşdiriləcəyi barədə informasiyaların yalan və əsassız olduğunu bildirib. Yalnız bundan sonra Rusiya tərəfi zirvə görüşünə qatılmağa razılıq verib.

Həmçinin, həmin sammitdə İran üçün prioritet məsələ ABŞ-ın, NATO-nun və İsrailin hərbi fəaliyyətinə imkan verilməməsidir. Aktau konvensiyasının qəbulu ilə Xəzər sülh dənizi elan edilir. Sahilyanı olmayan dövlətlərə Xəzər sahilində hərbi bazalar, donanma saxlamaq və digər hərbi məqsədlərlə fəaliyyət göstərmək qadağan edilir. Beləliklə, Rusiyanın və İranın maraqlarına uyğun olaraq, ABŞ-ın və NATO-nun Xəzər hövzəsində uzunmmüddətli və daimi hərbi iştirakına icazə verilmir. Ancaq ABŞ-ın və NATO-nun Xəzər regionunda geostrateji maraqları var. Bu baxımdan, Xəzər dənizi ətrafında Qərblə Rusiya-İran ittifaqı arasında qarşıdurmanın artacağı gözlənilir.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Aktau sammitinin keçirilməsinin əsas səbəbi Xəzər dövlətləri istisna olmaqla digər ölkələrin bu dənizdə hərbi iştirakının qarşısnın alınması ilə bağlıdır:

“Tramp dönəmində başladılan və “İkinci Reyqan planı” adlanan əməliyyatın qarşısını almaq üçün Rusiya müttəfiqi İranla birlikdə hərəkətə keçdi. Məqsəd Amerikanın İranın qarşısını almaqdan ibarətdir. Çünki İranın təcrid edilərək məhv edilməsi, yaxud dini-siyasi rejimin devrilməsi növbəti hədəfin Rusiya olduğunu göstərir. Artıq Ağ Evin rəhbərliyi rəsmi şəkildə bu siyasəti həyata keçirir. Ona görə də Rusiyanın və İranın təkidi ilə Qazaxıstan, Azərbaycan və Türkmənistan avqustun 12-də V Xəzər sammiti keçirdi. Məlum olduğu kimi, bu yekun sənəd deyil. Sadəcə, həmin konvensiyanı imzalamaqla Rusiya və İran Xəzərdə başqa gücün hərbi iştirakına imkan verməyəcəklərini nümayiş etdirdilər. Amma həmin sənəddə çox önəmli bir məsələ var. Sahilyanı ölkələrin gəmiləri müttəfiq ölkələrin bayrağı altında açıq şəkildə iştirak edə bilər. Bu maddənin həmin konvensiyaya salınmasına nə Azərbaycan, nə Qazaxıstan, nə də Türkmənistan imza atmadı. Çünki bu ölkələr müstəqil daxili və xarici siyasətə malik olan ölkələrdir. Rusiya və İran bu maddənin sənədin ikinci hissəsinə salınmasını təkidlə istəsələr də konvensiyaya salınmadı. Bu da Rusiyanı və İranı narahat edir.

ABŞ artıq iqtisadi təzyiq siyasətini həyata keçirərək bölgəni radikal dini rejimlərdən təmizləmək qərarına gəlib. Çox təəssüflər olsun ki, Türkiyə bu prosesdə NATO-dakı müttəfiqlər sırasından rəqiblər sırasına keçib. Baş verənlər Türkiyənin bu gün Qərb üçün müttəfiq, yoxsa rəqib olduğu dəqiq bəlli deyil. Türkiyənin bu prosesdə rəqib cildində lokomativ rolunu oynaması da ola bilər. Ona görə də tələsik qərar çıxartmaq olmaz. Rusiya isə yaxşı bilir ki, 1993-cü ildən sonra Azərbaycan Xəzərin təhlükəsizliyi ilə bağlı məsələlərə dair ABŞ-la sazişlər imzalayıb. ABŞ Xəzərin Azərbaycan sektorunda təhlükəsizliyin təminatında böyük səlahiyyətə malikdir. Ona görə də Aktau Konvensiyasını imzalatmaqda Rusiyanın məqsədi ABŞ-ın Azərbaycan üzərindən Xəzərin təhlükəsizliyində iştirakının qarşısını almaq idi. Sənədin ikinci hissəsində təklif olunan və sahilyanı ölkələrin bayrağı altında başqa dövlətin gəmilərinin üzməsini qadağan edən maddə konvensiyaya salınmadı. Bu o deməkdir ki, imzalanmış sənədlərlə bağlı Xəzəryanı ölkələrin mövqeyi yekdillik təşkil etmir. Parlamentlər həmin sənədi ratifikasiya etmədiyinə görə ciddi qəbul oluna bilməz. Prezidentlər özləri imza ataraq məsələlərin həllini zamanın öhdəsinə buraxırlar. Çünki gizli sənədlər var və orada Xəzəryanı ölkələrin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə nə qədər əməl edəcəyi aydınlaşacaq. Bu baxımdan da, Azərbaycan da, Qazaxıstan da, Türkmənistan da sənədin ratifikasiya formasını götürmədi.

1993-cü ildən sonra ABŞ və Britaniyanın kəşfiyyat gəmilərinin Xəzərdə olduğu məlumdur. Rusiya Azərbaycanla imzalanmış sənədlərin icrasının qarşısını almaq istəyir. Lakin bu mümkün deyil. Həmin sənədlər hələ Heydər Əliyevin prezident olduğu dönəmdə imzalanıb və öhdəliklər götürülüb. Bu öhdəliklər çərçivəsində ABŞ, Avropa Birliyi Xəzərdə təhlükəsizliyin təminatçısıdır. Azərbaycan da hər hansı öhdəlikdən yayınmayacaq. Rəsmi Bakı başa düşür ki, bu məsələdə balanslı siyasət yürütmək ən əsas və prioritet məsələlərdən biridir. Konvensiyanın Milli Məclisidə ratifikasiyaya çıxarılmaması Azərbaycanın hələ gözləmə mövqeyində olduğunu göstərir. Bu məsələlərdə ABŞ və İsrail Azərbaycanın tərəfində dolayı yolla iştirak edib.Bildiyimə görə, ABŞ BP-nin proqramı adı altında Xəzər dənizində fəaliyyətini bundan sonra daha da genişləndirəcək”.

Ekspert bildirdi ki, Azərbaycan başqa dövlətlərin gəmilərinə öz daxili sularında hərəkət etməyə icazə verməz. Lakin xarici gəmilər Azərbaycan bayrağı altında üzərsə, bu mümkün ola bilər. Eyni zamanda, xarici ölkələrə məxsus su-nəqliyyat vasitələrinin Xəzərin Azərbaycana aid ərazi sularında hərəkəti ölkəmizin daxil işi hesab olunduğundan digər sahilyanı tərəflər buna etiraz edə bilməz.

Qeyd edək ki, Aktau sammitindən sonra İranın Xəzər dənizindəki 20 faizlik paya sahib olmaq iddiasından imtina etdiyinə dair xəbər yayılıb. İlkin informasiyalara görə, İran ABŞ-ın, NATO-nun və İsrailin Xəzər dənizində hərbi iştirakını qadağan edən konvensiyanın qəbulu müqabilində su hövzəsinin beş bərabər hissəyə bölünməsi şərtini geri götürüb.

Fərrux Məmmədov isə bu məlumatın şayiə olduğunu deyir: “İran, Rusiya kimi dövlətlər ərazi iddialarından geri çəkilməzlər. Xəzərin təbii ehtiyatları ilə bağlı mübahisələr həll olunmayıb və İran da bu iddiasından geri çəkilməyib. Ona görə də Tehranın güzəştə getməsi barədə deyilənlər dezinformasiyadır. Konvensiyada da elə bir maddə yoxdur. Rusiya da başa düşür ki, İran üçün problem yalnız Xəzər dənizi ilə yekunlaşmır.

Fars körfəzi, Qətər istiqamətindən də İrana qarşı böyük təhlükə mövcuddur. İran hazırda Rusiya kimi mühasirəyə alınmaq üzrədir. Sadəcə İranı xilas edən tərəf Türkiyədir. Hazırda Türkiyə ilə ABŞ arasında yaranmış qarşıdurmanın da səbəbi budur. Bu ya savaşdır, ya da müttəfiqi ilə yola çıxılmış bir savaşdır. Bunun nəticəsi yaxın gələcəkdə məlum olacaq. Rusiya, Türkiyə və İranın müttəfiqliyi isə müvəqqətidir. ABŞ və Avropa Birliyi uzunmüddətli strateji müttəfiq olsalar da, Türkiyənin İranla və Rusiya ilə regional müttəfiqliyi qısamüddətlidir. Rusiya yaxşı başa düşür ki, İranın kiçik bir büdrəyişi radikal arenadan çıxmasıdır. Ona görə də Rusiya bu gün bölgədə təklənməməyə çalışır. Beşinci Xəzər sammitinin məqsədi Rusiya və İranın çöküşünün qarşısını almağa xidmət edir. Almaniya kansleri Angela Merkelin avqustun 25-də Azərbaycana səfəri zamanı da Xəzər məsələsi əsas müzakirə ediləcək məsələlərdən biri olacaq”.

Politoloq onu da vurğuladı ki, Rusiyanın və İranın etirazlarına baxmayaraq, ABŞ Azərbaycan və Qazaxıstan üzərindən Əfqanıstana hərbi yüklərin daşınmasını davam etdirəcək. Bu da həmin yüklərin qalıcı olmaması ilə bağlıdır.

cebhe.info

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın