GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim antitürk hərəkətlərinə davam edərək Azərbaycan həqiqətlərinə təhrif etməyə davam edir.
Antiazərbaycan rejim bu dəfə Tehran metrosunda Azərbaycan adına Azərbaycan rəqsi nümayiş etdirmək yerinə kürd rəqsi nümayiş etdirməklə Azərbaycanın kimliyini və Azərbaycan həqiqətlərini təhrif edib.
Rejim türk millətini, eləcə də alətə keçrilmiş kürdləri bu vasitə ilə təhqir etməklə yanaşı bəşər mədəniyyətini təhrif edib, bəşər mədəniyyətinə qarşı cinayət işləmiş olur.
Qeyd edək ki, irqçi fars rejim son onilliklərdə yüz minlərlə kürdü İraqdan Qərbi Azərbaycan ərazisinə köçürüb. İndi isə Azərbaycan adına kürd rəqsi nümayiş etdirməklə Azərbaycan əhalisinin kürd olduğunu tanıtdırmaq istəyir.