Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejimi azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyanı 18 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin Marğada yerləşən azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan milli zəmində və sosial şəbəkələrdə mədəni fəaliyyətinə görə 18 ay həbsə məhkum edib.

Fəal haqqında rejimin Marağada yerləşən İnqilab Məhkəmsinin hakimi Mehdi Davərniya həmin hökmü çıxarıb. Fəala qarşı yalan ittihamlar irəli sürülüb və qeyd edilib ki, guya o sistemə qarşı təbliğdə və “Teleqram” sosial şəbəkəsində rejimə müxalif qrup və təşkilatlarla əməkdaşlıq edərək onların xeyrinə təbliğat aparıb. Məlumata görə, Marağa inqilab məhkəməsinin azərbaycanlı fəala qarşı həbs cəzası ilə bağlı hökmü, yerli “Sepah”ın göstərişi ilə çıxarılıb. Fəal, ona qarşı irəli sürülən bütün ittihamları əsassız sayaraq rədd edib.

Qeyd edək ki, Mehdi Kuxiyan, 2016-ci il, dekabr ayının 19-da səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Onun həbsi, idarə etdiyi “Məlikan şəhər xəbəri” Telegram kanalının fəaliyyəti və bununla bağlı icra hakiminin şikayəti ilə əlaqələndirilmişdi. Məlikandan olan azərbaycanlı fəal, 2017-ci il,  fevralın 21-də 300 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın