Bazar , Oktyabr 25 2026
azfa

Səudiyyə Ərəbistanı vəliəhdi İran adlanan ölkəni küçümsədi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman İran adlanan ölkəni küçümsəyərək deyib ki, əgər İranda nüvə silahı peyda olsa, Səudiyyə Ərəbistanı öz nüvə silahını hazırlayacaq.

“Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, amma əgər İran nüvə bombası hazırlasa, biz də tezliklə bunu əldə etməyə çalışacağıq”, – deyə o bildirib.

Məhəmməd bin Salman həmçinin İranı nasist Almaniyası ilə eyniləşdirib. O, irqçi fars rejiminin dini lideri Əli Xameneini Hitlerlə müqayisə edərək, onun Yaxın Şərqdə ekspansiya siyasəti apardığını deyib:

“Avropa və dünyanın bir çox ölkələri hər şey baş verənə qədər anlamırdılar ki, Hitler necə təhlükəlidir. Mən istəmirəm ki, eyni şey Yaxın Şərqdə baş versib”.

O, İranın Səudiyyə Ərəbistanına bərabər rəqib olmadığını bildirib:

“İranın iqtisadiyyatı Səudiyyə iqtisadiyyatından zəifdir. Onun ordusu hətta müsəlman dünyasındakı ən güclü beş ordu sırasına daxil deyil”.

Qeyd edək ki, Riyaza nüvə silahının yayılmaması haqqında müqavilənin tərəfdarı olsa da, ilk dəfə 2011-ci ildə bu mövqeyini dəyişəcəyini açıqlayıb. Səudiyyə şahzadəsi Turki ibn Feysal ölkəsinin İran və İsrailin nüvə silahları ilə əhatə olunacağı təqdirdə Riyazın da nüvə silahına sahib olacağını söyləyib.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın