Bazar , Noyabr 15 2026
azfa

İrqçi fars rejimi qanunsuz silahlanmağa davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün irqçi fars rejimi yeni “Qədr” ballistik raketini nümayiş etdirib. 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda inqilabın 39-cu ildönümü ilə bağlı keçirilən məcburi mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. “Qədr” ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

Mərasimdə “Fajr 5” yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan “Toufan 2-M” raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan “Fateh” sualtı qayığı da nümayiş etdirilib.

 

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın