Şənbə , Aprel 20 2024
azfa

İrqçi fars rejimin Ərdəbildəki ETTELAAT İdarəsi Müctəba Pərvini hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki ETTELAAT İdarəsi dünən dekabrın 27-i axşam saatlarında azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvinə ardıcıl zəng edərək, onu hədələmişdir. Rejimin ETTELAAT İdarəsi Müctəba Pərvinə ciddi xəbərdarlıq edib.

İranın ETTELAAT İdarəsi Müctəba Pərvini qardaşları Mürtəza və Mustafa Pərvini həbs etməklə təhdid edib.

Rejim hədələyib ki, Müctəba və qardaşlarının bütün fəaliyyətlərini nəzarətdə saxlayirlar və onları lazim gəldikdə həbs edəcəklər. Azərbaycanlı fəal isə bütün fəaliyyətlərinin dinc və qanun çərçivəsində olduğunu bildirib.

Qeyd edək ki, Ərdəbildə sakini olan Müctəba Pərvin bundan öncə də dinc və mədəni fəaliyyətləri ilə bağlı irqçi fars rejimin ETTELAAT İdarəsi tərəfindən dəfələrlə yaxalanaraq, işgəncə və həbsə məruz qalmışdır.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın