Bazar ertəsi , İyun 22 2026
azfa

Koronavirus təhlükəsilə bağlı məzuniyyətə buraxılmış Kiyanuş Aslani yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirus təhlükəsilə bağlı məzuniyyətə buraxılmış Kiyanuş Aslani həbs cəzasının qalan hissəsini çəkmək üçün Evin zindanına qaytarılıb.

Azərbaycanlı vicdan məhbusu Kiyanuş Aslani dekabr ayının 6-ı axşam saatlarında məzuniyyətinin bitdiyi üçün yenidən Tehranın Evin zindanına qayıdıb.

Qeyd edək ki, Kiyanuş Aslani oktyabr ayının 19-da 250 milyon tümənlik zəmanət qarşılığında məzuniyyətə buraxılmışdır. Azərbaycanlı fəalın məzuniyyət müddəti koronovirus xəstəliyinin geniş yayılması səbəbindən yenidən uzaldılmışdı.

Azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda posterlər payladıqları üçün irqçi fars-molla rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Rejimin Tehrandakı İnqilab Məhkəməsi azərbaycanlı fəalları şərləyərək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham etmişdir.

Azərbaycanlı fəal Əmir Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum edilib. Kiyanuş Aslani həmçinin 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlarına üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

Sato: ABŞ–İran razılaşmasında xalq və insan hüquqları məsələsi diqqətdən kənarda qalmamalıdır

GADTB: BMT-nin xüsusi məruzəçisi Mai Sato sosial şəbəkədə fars dilində paylaşdığı açıqlamada bildirib ki, ABŞ …

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsinin əsas məqamları

GADTB: Qətər və Pakistanın İran ilə ABŞ arasında İsveçrədə keçirilən danışıqların ilk mərhələsi ilə bağlı …

Bir cavab yazın