GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antitürk və erməni vurğunu olan rejimin rəsmiləri Milad bayramını ermənilərlə qeyd edirlər. Miladi ilin dəyişdiyi gün Ruhani erməni ailələrlə görüşmüşdü. Ruhaninin təhsil naziri isə erməni dilində öz twitter səhifəsində ermənilərə təbrik mesajı yazmışdı. Dünən isə rejimin eks-prezidenti Mahmud Əhmədinejad Milad bayramını İrandakı erməni icmasıyla birgə keçirib.
Əhmədinəjad bu barədə öz Tvitter səhifəsində məlumat yayıb.
“İrandakı erməni icması Miladı qeyd edir. Mən onlarla birgə bayramda iştirak edib, çoxlu möhtəşəm insanlarla görüşdüm”, – deyə o paylaşımında bildirib.
Qeyd edək ki, pravoslavlar Miladı ötən gün qeyd edib.