GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin məmurları oktyabr ayının 28-də Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəal Qulamrza Rəşidini (Ərkan Dənizli) yaxalayıb.
Yaxalanan azərbaycanlı milli-mədəni fəal naməlum istiqamətə aparılıb və harada saxlanması məlum deyil.
Rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Qulamrza Rəşidini yaxalayarkən güc tətbiq edib və fəalı döyüblər.
Xəbər hazıərlanana qədər azərbaycanlı fəalın yaxalanma səbəbi və nədə ittiham edildiyi barədə də heç bir məlumat verilmir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi
