Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Tramp irqçi far rejimlə bağlı dünyaya çağırış etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp bəyanat yayaraq, bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları Tehranın Vaşinqtonu razı salacaq yeni razılaşma imzalayacağı ana qədər davam edəcək.

“Biz İran hakimiyyətini nüvə ambisiyalarından əl çəkməyə, özünün destruktiv davranışını dəyişməyə, öz xalqının haqlarına hörmət etməyə və danışıqlar masası arxasına qayıtmağa səsləyirik. Biz əvvəlki kimi İranla onun nüvə silahına gedən yolu tam qapadacaq, onun zalım fəaliyyətinə mane olacaq və İran xalqına layiq olacaq yeni razılaşma imzalamağa hazırıq” – deyə o bildirib.

O həmçinin 2015-ci ildə İranla imzalanan nüvə razılaşmasını yenidən fəlakət adlandırıb. Onun sözlərinə görə, İran indiyə qədər ABŞ-dan belə sərt sanksiyalar görməyib və bu onun iqtisadiyyatını artıq dağıtmağa başlayıb. Tramp təkcə bu il ərzində İran valyutasının 70% ucuzlaşdığını, inflyasiyanın 37%-ə çatdığını, iqtisadiyyatda durğunluğa start verildiyini bildirib. ABŞ lideri dünya şirkətləri və dövlətlərini İranla neft razılaşmasına gedərək özlərinə riskə atmamalarına dair çağırış edib.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın