İrqçi fars rejimin məmurları azərbaycanlı milli fəal Ruzbeh Pirini yaxalayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Təbriz şəhərində yaşayan azərbaycanlı milli fəal Ruzbeh Pirini bu gün fevralın 12-də yaxalayıblar.

Bu barədə azərbaycanlı fəalın qardaşı Yaşar Piri özünün “İnstagram” səhifəsində məlumat paylaşıb. 

Onun yazdığına görə, rejimin təhlükəsizlik qüvvələri Ruzbeh Pirini heç bir məhkəmə qərarı olmadan atasının evinə girərək aparıblar.

 Qeyd edək ki, Ruzbeh Piri Azərbaycan Türk Millətinin hüquqları uğrunda milli-mədəni fəaliyyətlərinə görə 6 il müddətinə azadlıqdan məhkum edib. Lakin daha sonra Apellyasiya Məhkəməsi fəal barəsində çıxarılan qərarı 3 il 8 aya endirib.

 İran rejimi azərbaycanlı milli fəal Ruzbeh Pirini şərləyərək, onu “Sistemə qarşı təbliğat fəaliyyəti” və “Sistemə qarşı qruplarda üzvlük”də ittiham edib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …