Çərşənbə , Yanvar 15 2025
azfa

İrqçi fars rejimin Mərkəzi Bankına qarşı sanksiyalara reaksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Mərkəzi Bankına qarşı sanksiyalara reaksiya verib.

Rejimin Mərkəzi Bankının prezidenti Əbdülnasir Himmət ABŞ Prezidenti Donald Trampın yeni sanksiya təhdidi ilə bağlı danışarkən iddia edib ki, Mərkəzi Banka yeni sanksiya tətbiqi ABŞ-ın İrana təzyiq yolu tapmaqda nə qədər əlinin boş olduğunu göstərir.

İqtisadiyyatı iflic vəziyyətə düşən rejimin rəsmisi Himmət qeyd edib ki, ABŞ-ın sanksiyalarının uğursuzluğu hər dəfə daha qabarıq görsənir.

İran Mərkəz Bankının son dövrdə uğurlu olduğunu və bazarlarda da sabitliyi təmin etdiyini iddia edən Himmət ticarət və maliyyə əməliyyatlarının ABŞ-ın sanksiya tətbiq etmədiyi kanallardan baş tutduğunu söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İran Mərkəzi Bankına sanksiya tətbiq edildiyini bəyan edib.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın