Bazar , Sentyabr 27 2026
azfa

Rejimin müstəmləkə siyasətinin nəticələrindən: Təbrizdə yarım milyon insan gecəqonduda yaşayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana qarşı müstəmləkə soyasəti nəticəsində Təbrizdə yarım milyon insan gecəqondularda yaşayır. Bu barədə Təbriz bələdiyyə başçısı açıqlama verib.

Behruz Məhdəvi Təbrizin şəhər şurasının iclasında deyib ki, gecəqondu evlərin Təbrizdə çoxalması keçmişdə yaşıl sahə üçün nəzərdə tutulan ərazidə qanunsuz şəkildə ev tikilməsi nəticəsində meydana çıxıb.

Əgər tikintilərin qarşısı alınsaydı, yaşıl sahə üçün nəzərdə tutulan ərazidə mənzil və sosial böhranlar yaranmazdı.

O həmçinin deyib: “Təbrizdəki şəhər ətrafındakı ərazilərdə mənzillərin tikilməsinin vaxtında qarşısı alınsaydı, bu gün yaşıl sahə olaraq istifadə edilməsi nəzərdə tutulan ərazidə uyğun olmayan mənzil və sosial böhranlar yaranmazdı”.

Bəzi hallarda Məhdəvi bu halın insanların mərhəmət hissindən qaynaqlandığını da deyib.

“Torpaq sürüşməsi təhlikəsi olan bölgədə 6 mərtəbəli ev tikməyə icazə verilir. Bununla yanaşı hər hansı bir yer sürüşməsi təhlükəsinə qarşı da tədbirlər görülmür,” o, əlavə edib.

Təbrizin millət vəkili Şahabəddin Bimiqdar isə həmin iclasda bildirib ki, dövlət iş yerləri yaratmaqda acizdir və bir çox problemlə qarşı-qarşıyadır.

Bimiqdar vəzifəli şəxslərin hər ay bu məhəllələrə gedib əhalinin problemlərini dinləməkləri gərəkdiyini qeyd edib:

“Bu məhəllələrdə insanlar həqiqətən ağır şəraitdə yaşayır və bu bölgələrə xüsusi diqqət yetirmək lazımdır. Yalnız xüsusi vaxtlarında deyil, daimi şəkildə nəzarət edib problemlərin həllinə çalışmaq lazımdır.”

Qeyd edək ki, Təbriz əhalisinin sayı təqribən 2 milyondur.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın