Bazar , Oktyabr 4 2026
azfa

İrqçi fars rejimin məhkəməsi azərbaycanlı fəal Yusif Karini zaminə buraxmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Yusif Karinin zaminə buraxılmasına mane olub.

Rejimin məhkəməsinin hakim Nonəhal azərbaycanlı fəalın sərbəst buraxılması üçün təyin etdiyi mülki vəsiqənin məbləğini dəfələrlə dəyişdiyi üçün Yusif Karinin ailəsi onun zaminə buraxılması üçün çətinliyə düşüblər.

Azərbaycanlı fəalın ailəsi son dəfə təyin olunan 50 milyon tümənlik mülki vəsiqəni hazırlayıblar. Lakin hakim onlara deyib ki, “Yusif Karinin zaminə buraxılması üçün təyin olunan vəsiqənin məbləği 300 milyon tümənədək artırılıb. Bu məbləğ həm də nağd pul kimi məhkəmə sisteminin bank hesabına yatırılmalıdır.”

Beləliklə, rejim azərbaycanlı fəal Yusif Karini zaminə buraxılmasına maneçilik törədib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Yusif Kari semtyabrın 3-də Ərdəbildə irqçi fars rejimin təhlükəsizlik orqanları tərəfindən yaxalanmış və bir neçə gün saxlandıqdan sonra rejim tərəfindən şərlənərək, “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunub. Fəal daha sonra sentyabrın 8-də Ərdəbildə yerləşən rejimin zindanının müvəqqəti saxlanma təxridxanasına köçürülüb. Azərbaycanlı fəalın Babək qalası və Savalan dağı mərasimlərində bildir yaxalandığı və bir müddət sonra sərbəst buraxıldığı qeyd edilir.

Həmçinin yoxlayın

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs …

Türkiyənin milli “KAAN” qırıcısı sınaq uçuşuna hazırlanır

GADTB: Türkiyənin “TUSAŞ” şirkətinin baş direktoru Məhəmməd Dəmiroğlu bildirib ki, milli “KAAN” qırıcısının yeni prototipi …

Bir cavab yazın