Bazar , Oktyabr 4 2026
azfa

İşğalçı Ermənistanın başçısı Paşinyan Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın baş naziri Paşinyan irqçi fars rejimin prezidenti Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür edib.

Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında yer alan məlumata görə Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkəyə səfər edən İran Prezidenti Həsən Ruhani ilə görüşüb. İşğalçı Ermənistanın başçısı Paşinyan Ruhaniyə Qarabağ mövqeyinə görə təşəkkür etib.

O, Ermənistanın İranın Qarabağla bağlı mövqeyini yüksək dəyərləndirdiyini deyib.

Paşinyan görüş zamanı İran-Ermənistan münasibətlərinin geosiyasi təsirlərindən uzaq qalmalı olduğunu bildirib.

Həsən Ruhani isə öz növbəsində Qarabağ konfliktinin sülh yoluyla, bütün konflikt tərəflərinin mövqeyini nəzərə alaraq həll edilməli olduğunu söyləyib.

Ruhaninin Ermənistana ikigünlük səfəri bu gün axşam başa çatacaq.

Həmçinin yoxlayın

Azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ağırlaşıb: molla rejimi onun müalicəsinə mane olur

GADTB: Yəzd Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı həkim və sosial işçi doktor Həmid Qərəhəsənlinin səhhətinin kəskin …

Azərbaycanlı gənc Əşkan Hilali bir il həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycan türkü Əşkan Hilali Qorvan Əcəbşir şəhər İnqilab Məhkəməsi tərəfindən bir il müddətinə həbs …

Bir cavab yazın