Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin məmurları oktyabr ayının 21-də Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi yaxalayıb. Fəal öz övladı ilə əlaqə saxlayaraq, rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını xəbər verib.

Məlumata görə azərbaycanlı fəalın ailə üzvlərinin dediyinə görə, onun bir sıra şəxsi əşyası, o cümlədən mobil telefonu, kompüter və kitabları rejimin məmurları tərəfindən müsadirə edilərək aparılmışdır.

Azərbaycanlı fəal Nəsim Sadiqinin nə səbəb görə yaxalandığı barədə hələlik dəqiq məlumat verilmir.

Qeyd edək ki, Nəsim Sadiqi Azərbaycan uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın