Bazar , Noyabr 29 2026
azfa

Ankarada Türk Dövlətlərinin Həmrəylik Günü qeyd olunacaq

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ankarada Türk Dövlətlərinin Həmrəylik Günü münasibətilə oktyabrın 23-də rəsmi qəbul keçiriləcək.

Türk Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən təşkil olunan (TDƏŞ) qəbula rəsmi şəxslər, TDƏŞ-ə üzv ölkələrin Türkiyədəki səfirləri, səfirliklərin kollektivi, Ankaradakı beynəlxalq təşkilatların rəhbərləri, paytaxt ictimaiyyətinin tanınmış simaları dəvət olunublar.

Qeyd edək ki, Türk ölkələrin dövlət başçılarının 2010-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türk Dövlətlərinin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

Bir cavab yazın