Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

İrqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində Xalxalın kəndləri xarabalığa çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin müstəmləkə siyasəti nəticəsində Xalxalın kəndləri xarabalığa çevrilib.

Güney Azərbaycanın Ərdəbil vilayətində yerləşən Xalxalın kəndlərinin əlverişli iqlim şəraitə malik olmasına baxmayaraq, XXI əsrdə irqçi fars rejimin ayrı-seçkilik siyasəti nəticəsində orta əsr kəndlərini xatırladır. Ona görə də sürətlə boşalıb, xarabalığa çevrilir.

Məlumata görə, Xalxal məntəqəsinin bir çox kəndlərində evlər boşalıb və xarablığa çevrilib. Xalxalın Gəhzan, Cəfərabad, Davudxana və s. kəndləri tam boşalıb. İnfrastrukturun olmaması, qışın soyuğu, suyun çəkilməməsi və s. əhalini kənddən köçməyə məcbur edib.

Xalxalın bəzi kəndlərində qalanlar da elektrikin, suyun, tibb məntəqəsinin və s. imkanların olmamasından əziyyət çəkirlər. Suyu gedib orta əsrlərdə olduğu kimi bulaqdan götürməyə məcburdurlar. İrqçi fars rejimi əsil müstəmləkə siyasəti ilə ancaq bu bölgənin sərvətlərini talayır.

Həmçinin yoxlayın

Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olundu

GADTB: Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı …

Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib ki? Azərbaycan və Ermənistan sülh müqaviləsini …

Bir cavab yazın