Mühacir kürdlərin Qərbi Azərbaycan vilayətinddə çevriliş cəhdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, H.Ruhani mühacir kürd Şəhriyarını Qərbi Azərbaycan vilayətini kürdüstanlaşdırmaq məqsədilə bu vilayətə vali təyin etdikdən sonra mühacir kürdlər Qərbi Azərbaycanda at oynatmağa başlıyıb.

Yerli olmayan vali artıq valilikdə bütün yüksək vəzifəliləri öz vəzifəsindən azad edib. Valiliyin siyasi işlər üzrə baş müdiri Əli Müstəfəvi öz vəzifəsində qalmaqla valiliyin siyasi və təhlükəsizlik işləri üzrə rəis müavini təyin edilib.

Urmiyanın “Bələdiyyə” Voleybol Komandasının ləğvini rədd edən Urmiya icra hakimi Abbas Həsənxani isə mühacir kürd olan vali tərəfindən öz vəzifəsindən kənarlaşdırılıb.

Əlirza Molla Məhəmmədizadə də öz vəzifəsində qalmaqla icra hakimiyyətində başqa vəzifəyə təyin edilib.

Valiliyin abadlıq və nəqliyyat işləri üzrə fəaliyyət göstərən Peyman Aramun da Qərbi Azərbaycanın abadlıq işlərinin həmahəngliyi üzrə rəis müavini Tağı Kəhurianın yerinə təyin edilib.

Qərbi Azərbaycan valiliyinin baş mühafizə işləri üzrə müdir Vəli Yusifnəjadda öz vəzifəsindən kənarlaşdırılıb.

Mühacir kürdlərin bu çevrilişi Azərbaycan Türk Millətinin narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın