İrqçi fars rejimin müstəmləkə siyasətinin nəticələrindən: Təbriz su böhranı ilə qarşılaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti Güney Azərbaycanda su infrastrukturunun zəifliyində də özünü göstərməkdədir.

Bunun nəticəsində keçən aylarda Təbriz əhalisinin böyük bir bölümü su kəsintiləri və su qıtlığı ilə qarşı-qarşıya qalmışdı. Şərqi Azərbaycan vilayəti Regional Su Şirkətinin sədri Yusuf Qafarzadənin dediklərinə görə, mövcud mənbələr hesabına Təbrizin içməli suyu ancaq üç il daha təmin oluna bilər.

Qafarzadə Təbriz Şəhəri İdarə Şurasının iclasında deyib ki, “Təbrizin suyu hazırda üç mənbədən təmin edilir; Qızılca Meydan quyuları, Nəhənd bəndi və Zərrinə çayı (Cığatı) bəndi. Araz çayının suyunu yönləndirmədən bu mənbələrlə Təbrizə ancaq üç il daha su verə bilərik.

Şərqi Azərbaycan vilayəti Su və Kanalizasiya Şirkətinin sədri Əlirza İmanlı isə bazar günü Təbriz Şəhəri İdarə Şurasının iclasında deyib ki, “Təbrizdə su istehlakı hər il artır. Bu il pandemiya şəraiti su istehlakının 37 faiz artmasına səbəb oldu. Bunu qarşılamaq üçün yeni quyuların qazılmasına qərar verildi, lakin lazımi büdcə vəsaiti hələ təmin olunmayıb.”

İmanlı həmçinin deyib: “Təbriz əhalisi haqlı olaraq içməli suyun təmini ilə bağlı sıxıntılara etiraz bildirirlər. Bu problemin həlli üçün əhatəli proqramlara diqqət yetirilməlidir”.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın