İrqçi fars rejimin prezidenti Ruhani rejimin məclisində hesabat verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti H.Ruhani rejimin məclisində hesabat verəcək. Ruhani 80 millət vəkilinin ölkə iqtisadiyyatı daxil olmaqla, daxili və xarici siyasətlə bağlı suallarını cavablandıracaq.

Həsən Ruhaniyə sualları cavablandırmaq üçün bir ay vaxt verilib.

İrqçi fars rejimin Məclisinin spikeri Əli Laricani bildirib ki, millət vəkillərinin Həsən Ruhaniyə ünvanladıqları suallar hökumətin  valyuta və mal qaçaqmalçılığına nəzarət edə bilməməsi, bank sisteminə qarşı sanksiyaların davam etdirilməsi, işsizliyin aradan qaldırılmasında hökumətin yetərsiz işlər görməsi, son illərdə inflyasiya səviyyəsinin və xarici valyuta məzənnələrinin artması, eləcə də rialın dəyərinin kəskin şəkildə düşməsi ilə bağlıdır.

Qeyd edək ki, son günlər İran adlanan ərazidə ABŞ dollarının məzənnəsinin yüksəlməsi və ölkədə bəzi məhsulların qiymətinin qalxması deputatların hökumət üzvlərinin fəaliyyətindən narazılığına səbəb olub. Millət vəkilləri prezidentdən iqtisadi komandanın dəyişməsini istəyib. Hökumət yaxın günlərdə ölkədəki iqtisadi durumu yaxşılaşdırmaq üçün yeni iqtisadi paket təqdim edəcəyini açıqlayıb.

 

Həmçinin yoxlayın

Qəzvində azərbaycanlı fəala təzyiq göstərilir

GADTB: Güney Azərbaycanın Qəzvin bölgəsinin Xurrəmdəşt bölgəsindən olan İsmayıl Xudayari Qəzvin Baş İnqilab Prokurorluğunun beşinci …

Əkbər Azadla azərbaycanlı milli fəallar Ərdəbildə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, həbs cəzasından sonra sürgünə göndərilməsi barədə qərar çıxarılan …

Bir cavab yazın