İrqçi fars rejimin prezidenti Ruhanini məclisdə dindirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti Ruhanini ağır iqtisadi durumu və digər mövzularla bağlı məclisdə dindirilərək millət vəkillərinin 5 sualını cavablandırıb.

ruhaninin dindirilməsi 80 deputatın imza toplayaraq parlament sədri Əli Laricaniyə müraciətindən sonra mümkün olub. Ruhanini Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, birinci vitse-prezidenti İshaq Cahangiri, bir sıra nazirlər və digər rəsmilər müşayiət edib.

Ruhani əmtəə qaçaqmalçılığı və hökumətin buna lazımi qədər nəzarət etməməsi, bank sisteminə qoyulan sanksiyaların uzadılmasının səbəbləri, ölkədə işsizliyin azaldılması üçün hökumətin konkret hər hansı bir addım atmaması, ölkədə bir neçə ildir davam edən iqtisadi durğunluq və milli valyutanın dəyərinin kəskin düşməsi fonunda külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə bağlı deputatların suallarını cavablandırıb.

Ruhaninin hökumətin əmtəə qaçaqmalçılığına nəzarətin uğursuz olması ilə bağlı verdiyi cavabdan başqa digər 4 sualın cavabı deputatları qane etməyib. Bu səbəbdən hökumətin həmin mövzularla bağlı yürütdüyü siyasətin dəyərləndirilməsi işi irqçi fars rejimin Məhkəmə Sisteminə göndərilib.

İclasda bəzi deputatlar iqtisadi şəffaflığın təmin edilməsi üçün lazımi tədbirlərin görülməsini tələb ediblər.

 

Həmçinin yoxlayın

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan …

Bir cavab yazın