Çərşənbə , Sentyabr 23 2026
azfa

Kürdlərin Güney Azərbaycana köçmə olduğunu sübut edən sənədli filmlər – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kimsəyə sirr deyildir ki, təkcə Qərbi Azərbaycan vilayəti deyil, İran adlanan ərazidə inzibati ərazi kimi formalaşdırılan saxta Kürdüstan vilayəti və Kermanşah vilayətində də 400 il öncəyə nəzər salsaq kürddən əsər-əlamət görmərik. Belə ki, hətta son 100 ildə bu vilayətlərinin yer adları və toponimlərinin çoxunun kürdləşdirilməsinə baxmayaraq, hələ də həmin regionda toponim və yer adlarının 70-80 faizi türk mənşəlidir.

Həmçinin orta əsr mənbələrində də indiki Kürdüstan və Kermanşah vilayətləri, həmçinin Dəclə və Fərat çayları sahilinədək bir sıra ərazilər də Azərbaycan ərazisi təqdim edilmişdir.

Son 300-400 ildə kürdlərin Azərbaycana kütləvi və ya tədrici köçü ilə yanaşı müasir dövrdə pəhləvi rejimi zamanı və İslam Respublikası dövründə də həmin rejimlər İraqdan kütləvi şəkildə  kürdləri Güney Azərbaycana köçürüb, məskunlaşdırmışlar. Aşağıdakı sənədli filmlərdə də müasir dövrdə kürdlərin Güney Azərbaycana köçürülmələri öz əksini tapmışdır.

Təəssüflə Azərbaycan türk millətinə sığınan mühacir kürdlər, indi Güney Azərbaycanın başının bəlasına çevrilmişlər. Onlar özlərini yerli, yerli azərbaycanlıları isə qonaq adlandırırlar.

 

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

Bir cavab yazın