Çərşənbə axşamı , Avqust 11 2026
azfa

İrqçi fars rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd vali Azərbaycanı kürdləşdirməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin Qərbi Azərbaycana təyin etdiyi kürd vali Azərbaycanı kürdləşdirməyə davam edir.

Qeyri-yerli kürd vali Şəhriyarı Güney Azərbaycanın qərb hissəsini kürdləşdirmək məqsədilə Urmiyanın Universitetinin rəisini bir heyətlə bərabər İraq Kürdüstanına göndərərk, oranın universitetləri ilə əlaqəkləri gücləndirir. Bundan isə məqsəd Azərbaycanın qərb hissəsinin kürdləşdirilməsini gücləndirməkdir.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimi Qərbi Azərbaycanı kürdləşdirmək məqsədilə qeyri-yerli kürd Şəhriyarını Qərbi Azərbaycan vilayətinə vali təyin edib. O isə Azərbaycanın büdcəsini kürdlərə ayırmaq və s. tədbirlərlə Azərbaycanın bu hissəsini kürdləşdirməyə davam edir.

Həmçinin yoxlayın

“Koroğlu” tamaşası yenidən Təbrizdə səhnəyə qoyulacaq

GADTB: Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış “Koroğlu” epik tamaşası bir neçə aylıq fasilədən sonra Təbrizdə …

Ərdəbildə azərbaycanlı təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB: İran Telekommunikasiya Şirkətinin Ərdəbil şəhərindəki təqaüdçüləri etiraz aksiyası keçiriblər. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə …

Bir cavab yazın