GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Sulduzda yaxaladığı azərbaycanlı milli-mədəni fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri dünən iyulun 16-da vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıblar.
Sulduz sakini olan azərbaycanlı fəalların hər biri 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıblar.
Azərbaycanlı fəalların yaxınlarının bildirdiyinə görə, fəallar dindirilmə mərhələsində GAMAC-a üzv olmaq, həmçinin Sulduz şəhidlərinin mərasimində və tanınmış azərbaycanlı fəal Abbas Lisaninin evində etdikləri çıxışlarla bağlı sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunublar.
Qeyd edək ki, azərbaycanlı fəallar Musa Ziya Gərgəri və Səccad Şəhiri 2019-cu il iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda yaxalanaraq rejimin Urmiyada yerləşən ETTELAAT İdarəsinə aparılmışlar.