GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin təhlükəsizlik qüvvələri Təbrizin İmam Rza xəstəxanasında müalicə üçün yattırılan tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin ailəsini hədələdi.
Rejimin məmurları fəalın oğlunu sorğu-suala çəkib, hədələmişlər. Buna səbəb isə azərbaycanlı fəalların xəstəxanaya düşən Əziz Purvəlinin görüşünə gəlmələri olub.
Qeyd edək ki, azərbaycanlı fəal Əziz Purvəli müalicəsini davam etdirmək üçün məqsədilə Təbrizin İmam Rza xəstəxanasında yatızdırılıb. Lakin rejimin təhlükəsizlik qüvvələri fəalın müalicəsinə də mane olur. Azərbaycanlı fəal bundan öncə isə iki dəfə cərahiyyə əməliyyatı keçirmişdir.