GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu sepah qüvvələri cümə günü aprelin 20-də Traxturun sulduzlu tərəfdarı Əli Paknejadı oğurlayıb.
Məlumata görə, rejimin terrorçu sepah qüvvələri Təbrizdə Traxturla Peykanın yarışından sonra tamaşaçılar stadiondan çıxarkən azərbaycanlı fəal rejimin terrorçu qüvvələri tərəfindən oğurlanaraq, aparılmışdır.
Azərbaycanlı fəalın ailəsi övladları ilə əlaqədar rejimin məhkəmə orqanların və aidiyyəti mərkəzlərə müraciət ediblər. Lakin onlara övladları barədə məlumat verilmir.