GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəli atom proqramının məhvi üçün planlar cızılıb. Almanın « Frankfurter Allgemeine Zeitung» qəzeti, İsraillə İran arasında gedən qarşıdurmanı təhlil edərək bu barədə məlumat verib.
Qəzet yazıb ki, “İsrail, İran dövlətinin atom proqramının qarşısını almaq üçün müxtəlif yollardan istifadə edir”.
Qəzet yazır: “İsrailin İranın atom proqramı ilə mübarizə strategiyası MUSAD-ın keçmiş rəisinin dövründə hazırlanıb. Bu, MUSAD-ın İran hökumətinin bölgəsəl davranışlarına, xüsusilə İsrailə qarşı fəaliyyəti ilə bağlı hazırladığı yol xəritəsi sayılır”.
Qəzet həmçinin yazır: “İsrailin İran rejiminin atomlaşmasının qarşısını almaq səyləri ilə yanaşı, Amerika nüvə proqramından çıxıb. İran rejimini danışıqlar masasına qaytarmaq üçün yenidən iqtisadi təhrimlər icra edib ki, atom və bölgəsəl xətərlərinə həmişəlik son qoyacaq yeni bir razılaşma imzalansın. Ancaq Süleymaninin ölümü də Vaşinqton rəsmiləri hələlik bu hədəfə yaxınlaşdıra bilməyib”.