GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi ölkədən çıxış rüsumunu 7 qat artırması sərhəddə yaşayan Azərbaycan türklərinin dolanışığını ciddi şəkildə çətinləşdirmişdir.
Rejim qeyd edilən məsələdə qaçaqmalçılıqla məşğul olan kürd terrorçularına isə xüsusi kartlar verməklə onlara sərhəddi güzəştli keçib alqı-satqı etmək imkanı verir. Bu ayrıseçkilik, üstəlik terrorizmi dəstəkləmək Azərbaycan türklərinin narazılığına səbəb olub.
Nazərgan və s. Güney Azərbaycan gömrüklərindən verilən məlumata görə artıq gömrük məntəqələri xəlvətdir və əhalinin çıxış pulu ödəyib Türkiyə sərhədində alqı-satqı işləri görə imkanı çatmır. Çıxış rüsumunun artırılması Güney Azərbaycanın digər Gömrük məntəqələrinə də öz təsirini göstərib və Azərbaycan türklərinin qonşu qardaş ölkələrə getmə imklanını ciddi şəkildə azalmışdır. Xüsusilə Bazərqan Gömrük məntəqəsi tam xəlvət vəziyyətdədir.