Çərşənbə , Oktyabr 28 2026
azfa

İran adlanan ölkənin Suriyadakı hərbi bazasında bombalandı, 20 nəfər öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin Suriyanın Hələb şəhərinin cənubunda yerləşən terrorçu yetişdirən təlim düşərgəsində güclü partlayış olub.

CNN Türk hadisə yerindəki mənbələrinə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 20 nəfər həlak olub.

Hadisə yerinə təcili yardım maşınları və xilasetmə heyəti cəlb olunub.

Partlayış baş verən ərazidə İsrail Hərbi Havva Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçuşlar etdiyi bildirilir. Partlayışın da məhz havadan endirilən zərbələr nəticəsində baş verdiyi ehtimal olunur.

Digər məlumatlarda isə deyilir ki, partlayış silah anbarında olub.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın