Cümə , Yanvar 3 2025
azfa

İrqçi farslar azərbaycanlıların sel bölgəsinə göndərdiyi humanitar yardım karvanına hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə Gilan bölgəsində manqurtlaşdırılıb irqçi farsların ideologiyasına qulluğa cəlb edilən giləklər azərbaycanlıların Güney Türkmənistanda sel bölgəsinə göndərdiyi humanitar yardım karvanına hücum ediblər.

2019-cu il martın 28-də Urmiya, Ərdəbil və Meşginşəhrdən sel bölgəsinə göndərilən yardım karvanı Gilanda irqçilərin hücumuna məruz qalıb. Hücuma isə yük maşınınınn üzərindəki Azərbaycan türkcəsində yazılmış banner səbəb olub.

Yardım aparanlar bildirib: “Astaniəşrəfiyyə və Rəşt istiqamətində hərəkət etdiyimiz zaman yerlilərdən bir neçəsi bizə bıçaqla hücum edərək maşının hərəkət etməsinə imkan vermədilər. Hücumçular maşının önündəki türk dilində yazılmış bannerə görə hücum ediblər. Onlar maşının qapısına yumruq və təpik vuraraq bizdən öz şəhərimizə qayıtmağımızı istədilər. Biz bir neçə saat  gözlədikdən sonra ağsaqqalların yardımı ilə Güney Türkmənistana tərəf yola düşə bildik”.

Qeyd edək ki, irqçi farslar yarıtmaz siyasətlə türkmənlərin şəhərlərini suya qərq etdikdən sonra hətta yardıma ehtiyacı olan türkə başqa türkün yardım göstərməsinə də dözə bilmirlər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın