Bazar , Oktyabr 18 2026
azfa

İrqçi farslar gənc azərbaycanlı paralimpiya idmançı Zəhra Rəhimiyə türkəm dediyinə görə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan gənc paralimpiya idmançısı Zəhra Rəhimi, tarixi uğur qazanaraq para-tekvando sahəsində gümüş medal qazanıb.  

Rəhimi bu nailiyyətini qeyd edərək tanınmış türk repçisi Payam Türkün “Mənəm Türk” mahnısından bir parça ilə yarış görüntülərini sosial şəbəkələrdə paylaşıb. Ancaq bu paylaşım dərhal türk düşməni irqçi farsların hücumu ilə qarşılaşıb.

Bu qruplar, etnik və irqi fanatizmlərinə görə türk kimliyinin ifadəsini qəbul etməyərək, Zəhra Rəhimini ağır təhqir ediblər. İran hökumətinin əlaqədar qrumlarının bu irqçi qrupları dəstəkləməsi və onların təzyiqlərinə göz yumması nəticəsində Zəhra Rəhimi “Mənəm türk” yazdığı paylaşımı silmək məcburiyyətində qalıb.

Daim türklərin himayəsində olub və onların hakimiyyəti altında heç bir təzyiqlə qarşılaşmadan yaşayn farslar, müasir dövrdə irqçi yanaşma sərgiləyib və türklərin varlığını belə inkar edirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …