Çərşənbə , İyul 29 2026
azfa

İrqçi farslar Təbriz Bələdiyyəsini “fars” sözünə görə tənqid ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farsların mətbuatı Təbriz Bələdiyyəsini Məhəmmədhüseyn Şəhriyarın anım günü münasibətilə “Şeir və Ədəbiyyat Günü”nü təbrik etdiyi üçün tənqid edib.

Məhəmmədhüseyn Şəhriyarın türkcə və farsca şeir deməsinə baxmayaraq, irqçi farslar onun anım gününü “Fars Şeiri və Ədəbiyyatı” günü kimi qəbul edib və Təbriz bələdiyyəsinin “fars” sözünü istifadə etmədiyi üçün tənqid edib.

Tənqidə səbəb Məhəmmədhüseyn Şəhriyarın anım günü münasibətilə Təbrizdə asılmış plakatlarda “fars” sözünün yazılmamasıdır. Farslar Şəhriyarı da fars şairi kimi qələmə verib, onun Azərbaycan türkü olması və türkcə şeir deməsini nəzərə almırlar. Bu isə onların irqçiliyi və antitürk olmasından irəli gəlir.

Rejim əksər fars mətbuatı, o cümlədən “Mərdumsalari” qəzeti və İranın ETTELAAT  orqanlarına bağlı olan “Azəriha” saytı xüsusi olaraq Təbriz Bələdiyyəsini tənqid ediblər.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …

Bir cavab yazın