Cümə axşamı , Yanvar 22 2026
azfa

İrqçi rejimin prezidenti Ruhaninin Xoy şəhərinə səfəri zamanı 2 azərbaycanlı fəal 8 saatlıq həbsə alındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci il noyabr ayının 19-da irqçi fars rejimin prezidenti Həsən Ruhaninin Qərbi Azərbaycanın Xoy şəhərinə səfəri zamanı Xoy şəhərində azərbaycanlı milli-mədəni fəallar Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfi işğalçı rejimin Təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 8 saat saxlanılıb və sorğu-suala tutulublar. Azərbaycanlı fəallar daha sonra  sərbəst buraxılıblar.

Yaxalanan azərbayanlı fəallar Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfinin mobil telefonları da təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.

Azərbaycanlı fəalların həbsinin səbəbi Ruhaninin Xoy şəhərinə səfərinə bir neçə gün qalmış sosial şəbəkələrdə Xoy və digər Qərbi Azərbaycan şəhərlərinin əhalisinin etiraz aksiyalarına çağırışlarla bağlı olduğu bildirilir.

İrqçi və işğalçı rejimin prezidenti Ruhaninin Azərbaycan türk millətinə qarşı düşmənçiliyi, yalan vədlər verərək Azərbaycan millətini aldatması, Azərbaycanı kürdləşdirməyə və parçalayaraq, Azərbayan ərazisində ikinci Kürdüstan yaratmağa ciddi-cəhdlə çalışması Azərbaycan türk millətinin nifrəti və narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Çinin 16 hərbi yük təyyarəsi İrana endi

GADTB: Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi …

Molla rejimi Qaşqay türkünü etirazlarda güllələdi

GADTB: İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilir. Tehran Universitetinin …

Bir cavab yazın