GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işağlçı fars rejimin rəsmiləri artıq rejimdə çirkli pulların yuyulmasında etiraf edirlər.
Hüquq Məsələləri üzrə müavini Laya Cüneydi çıxış edərək deyib ki, İran banklarında çirkli pullar yuyulur, buna qarşı tədbir görülməsi lazımdır.
“Cinayət təşkilatları və ya narkotik qaçaqmalçılığından əldə edilən çirkli pullar şəffaflıq olmadığı üçün bank sisteminə daxil olur. Bu pulların haradan gəldiyi və hara getdiyi də bəlli deyil”, – Cüneydi qeyd edib.