Çərşənbə , Fevral 5 2025
azfa

İşğalçı Ermənistanda Xocalı qatilinin sonu çatır – CANLI

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı Ermənistanın Gümrü şəhərində Xocalı qatili Serj Sarkisyanın baş nazirliyinə qarşı təntənəli yürüş keçirilir.

Türküstan saytı xəbər veriri ki, “Şirak” informasiya mərkəzinin sədri Vaan Tumasyan şəhərdə ümumi tətilin elan edildiyini bildirib. Onun sözlərinə görə, bu gün erkən saatlarından qadınlar, uşaqlar, dövlət və özəl müəssisələrin əmək kollektivləri şəhərin kənarlarından “Serjik rədd ol!” şüarı ilə Gümrünün Teatr meydanına hərəkət edirlər.

“Keçmiş günlərdən fərqli olaraq, mitinqlər yeni güc toplayır. Təsvir olunmayacaq səviyyədə ruh yüksəkliyi və birlik hökm sürür”, – Tumasyan deyib.

Qeyd edək ki, işğalçı Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası var. Burada həmçinin, MDB-nin hava hücumundan birləşmiş müdafiə sistemi çərçivəsində döyüş növbəsi aparılır. Etirak aksiyalarının genişməsi Rusiya bazası üçün böyük təhlükə hesab olunur.

Kremldən verilən açıqlamaya görə, Moskva hazırda Ermənistandakı prosesləri diqqətlə izləyir və hazırda hansısa xüsusi planı yoxdur. Bu gün isə Dövlət Dumasının MDB işləri üzrə dövlət komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Rusiyanın Ermənistandakı proseslərə müdaxilə etmək planları yoxdur.

“Ermənistandakı daxili hadisələrə qarışaraq aktiv güc rolunda çıxış etmək Rusiyaya lazımdırmı? Mən hesab etmirəm ki, bunun üçün hansısa bir an yetişib”, – o deyib.

Zatulin vurğuladı ki, Ermənistan hakimiyyətinin resursları yaranmış ziddiyyətləri aradan qaldırmağa imkan verir.

Moskvadan səslənən bu tipli bəyanatlara baxmayaraq, Gümrüdəki hərbçilər üçün təhlükə yaranarsa, ümumilikdə onun heç bir əmrindən çıxmayan Sarkisyan rejiminin hakimiyyətdən uzaqlaşacağı ehtimalı yaranarsa, Rusiyanın hərbi müdaxiləsi qaçılmaz ola bilər.

Həmçinin yoxlayın

Güney Azərbaycanda aksiya keçirildi: “Azadlıq, Ədalət, Milli Hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Təbrizin …

Qəzvində Ev Fondunun müştəriləri valiliyin ofisi qarşısında etiraz aksiyası leçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  Qəzvin bölgəsində Ev Fonduna pul ödəyən, …

Bir cavab yazın