Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanda aksiya keçirildi: “Azadlıq, Ədalət, Milli Hökumət”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Təbrizin müxtəlif yerlərində ictimai yerlərdə üzərində “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı yazılmış vərəqələri divarlara yapışdırıblar. 

Son bir neçə gündə azərbaycanlı fəallar bu barədə bir neçə dəfə aksiya keçiriblər. Onlar “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə Azərbaycanda milli hərəkatın yolunu müəyyənləşdiriblər.

Qeyd edək ki, Azərbaycan Milli Hərəkatı fəallar son dövrlərdə  “Azadlıq, Ədalət, Milli hökumət” şüarını milli hərəkatın əsas şüarı kimi istifadə edirlər.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …