Çərşənbə , Oktyabr 28 2026
azfa

İşğalçı fars rejim Ərdəbil zindanında “Doğum günü şənliyi” adı ilə məhbusları işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən zindanının məhbusları həmin həbsxanada rejimin “Doğum günü şənliyi” adı ilə məhbusları işgəncə ediyi ifşa edilib.

Ərdəbil həbsxanasının bir qrup məhbusu BMT-nin İran üzrə insan hüquqları nümayəndəsi Cavid Rəhmana açıq məktub ünvanlayaraq, zindanda onlara qarşı həmin işgəncə növü barədə məlumat çatdırıblar.

Məktubda qeyd olunub ki, məhbuslar hər hansı yanlış hərəkətdə şübhəli bilindiyi an işgəncə alətləri ilə təchiz olunmuş karantin bölməsinə aparılıb, vəhşicəsinə işgəncə edilir. “Doğum günü şənliyi” işgəncəsində öncə məhbusu qandalla divar və ya yerə bağlayıb, sonra başına kisə keçirirlər. Bundan sonra məhbus dəyənək, yumruq, təpik və şok verici alətlə döyülür. Bu işgəncə bir həftə ərzində 4 mərhələdə icra olunur.

Zindanda məhbuslara “Doğum günü şənliyi”ni rejimin məmurlarından Fərhad Novruzi, Rəhman Söhrabi və Məhəmməd Nemətpur icra edir. Həmçinin həbsxananın rəisi Yəqub Sərbaz Coda və təhlükəsizlik bölməsinin rəisi Pərviz Surazər xüsusi vəziyyətlər yarandıqda işgəncə prosesinə müdaxilə edir.

Məktubda həmçinin “Doğum günü şənliyi” adı ilə işgəncə edilən bir sıra məhbusların adları da açıqlanı:  “Nəvid Didariyan, Malik Corc, Kərim Babayi, Fərdin Musapur, Rza Əşkani, Qasim Əlizadə, Səccad Məhəmmədzadə, Soheyl Əzizi, Hutən Məzhəri, Əkbər Ağazadə və Mehdi Məhəmmədi”nin işgəncələrə məruz qaldıqları bildirilib.

Belə insan hüquqlarına zidd işgəncə halları məlum olandan sonra BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanı həbsxanada vəziyyəti araşdırmağı xahiş edib.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

Bir cavab yazın